“Nazəndə Sevgilim” (1956) Musiqi-Andrey Babayev Söz-İslam Səfərli Rəşid Behbudovun “Azərbaycan” konsert orkestri ”Nazəndə Sevgilim” Mahnisi ; Dəydi saçlarıma bahar küləyi Nazəndə sevgilim yadıma düşdün Hərənin bəxtinə bir gözəl düşər Sən də təkcə mənim adıma düşdün Nazəndə sevgilim yadıma düşdün Sənsiz dağ döşünə çıxdım bu seher Ötdü qumru kimi gül şəlalələr Ey,niyə yalqızsan? sordu lalələr Kövrəltdi, nisgilim yadıma düşdün Nazəndə sevgilim yadıma düşdün Gözlərim yoldadır qulağım səsdə Səni unutmaram mən son nəfəsdə Ey ceyran baxışlım, ey boyu dəstə Ey tazə tərgülüm yadıma düşdün Nazəndə sevgilim yadıma düşdün